|
AZƏRBAYCAN MİLLİ HƏRƏKƏTİNƏ QISSA BİR
BAXIŞ
Ötən yüz illikdə məşrutə inqilab ilə
başlanan Azərbaycan azadliq hərəkatı, iki mərhələdə hər zamandan artıq milli
karakter daşımaqdadır. Birimincisi 1324-1325 demokart firqəsi rəhbərlik etdiyi
hərkət və ikmincisi İran-İraq savaşından sonra başlanmış və bu günə qədər sürən
Azərbaycan modern milli hərəkətidir. Bu yazıda söz qonusu Azərbaycan milli
hərəkəti adilə tanınmış son hərəkətdir. Bu hərəkətdə ortaq və aydın amacların
tə'riflənməməsinə baxmayaraq, Türk-Azərbaycan millətə qarşı aparılan mədəni,
iqtisadı və siyasi ayrıseçkiliyə son vermək bu hərəkətin özəllik və təməl
düşüncəsi kimi tanınmaqdadır. Bu tə'rifə əsaslanaraq oxuyacağınız yazıda milli
hərəkətin çalışqanları isə millətçi adlandırılacaqlar. Bu qıssa yazıda milli
hərəkətimizin çeşitli tərəfləri yazıçının baxış ilə gözdən keçiriləcək.
MİLLİ
HƏRƏKƏTİMİZİN ADDIMLARI
Hədəflərimiz millətimizin potensiyalilə
uyğunlaşmış kiçik addımlara bölünməlidir. Başqa tərəfdən isə tə'riflədiyimiz
hədəflər ortaq düşüncələrə dayanaraq böyük bir kütləni birləşdirəbilən
karakterlərə malik olmalıdır. Bir çox Azərbaycan düşüncə sahibi hərəkətimiz üçün
iki təməl addım tanıtdırmışlar: 1- Millətləşmə 2-Dövlətləşmə.
Sözsüz ki bu iki mərhələni aq-qara baxmaqla
təmamilə birbirindən ayırmaq olmayacaq, amma bilirik ki birimici mərhələdə
yetərli enerji qazanmadan ikimici mərhələnin başlanması faydasız və bəlkədə
riskli olacaq. Millətləşmə mərhələsinin iki önəmli addımı olacaq: 1- Xalqımıza
kimliyi və haqları haqqnıda məlumat vermək 2- Haqlarımızı qoruyan və sözümüzü
danışan mədəni, ictimayi, siyasi təşkilat və toplumlar yartamq. Dövlətləşmə
mərhələsində iki əsas addımı isə 1-siyası qüvvələrərin artıq fəallaşması 2-
xalqın istəklərin həyata keçməsi yaxud xalqın öz müqqədəratın təyin etmə haqqına
sahıb olmaq dır. Yəni dövlətləşmə mərhələsin belə tərifləmək olar: xalqımızın
öz müqəddəratına hakım olmaq haqqın qazanmaq. Belə ümumi tə'rif federalçı,
istiqlalçı və hətta İran sistemində qalmaq istəyən düşüncə sahibləri kimi
millətçi qurupları birləşdirəbilər.
MİLLİ HƏRƏKƏTİ
ÖLÇMƏK SİSTEMİ
Yuxarıdakı tə'riflərə görə içində olduğumuz
mərhələdə, hərəkətimizin irəliləyişin aşağıdakı suallara cavab verməklə
ölçəbilərik: 1- Millətimiz nəqədər öz kimlik və haqların tanıyıbdır? 2- mədəni,
ictimayi, siyasi təşkilat və toplumlar yaratamqda nəqədər başarı olmuşuq? Bu
suallara cavab vermək çətin olsada məncə bu iki iş yaxşıca qabağa gedir, amma
dövlətləşmə mərhələsinə keçmək üçün hələlik yetərli potensial qazanmamışıq.
Millətçi gənclərin sayı , millətçi dərgi və internet sitələr artmaqdadır. Böyük
bir addım olan yeni millətçi TV lər yaranıbdır. Bunlar xalqımızda milli şuurun
artmağından danışır. Başqa tərəfdən isə yurd içində və dışında qurulan
Türk-Azərbaycan karaketi daşıyan çeşitli toplumlar təşkilatlaşmanın başlanqıcı
kimi nəzərdə tutulmalıdır. " Komite-ye-melləl-e-təht-e-setəm" oturumunda yurd
dışında təsis olan 9 Azərbaycan siyasi təşkilat terefindən Azərbaycan millətin
təmsil olunmağı , aktiv Azərbaycan təşkilatlar yaradılışına açılan bir pəncərə
idi! Bu təşkilatların birgə bir platform əsasında bir araya gəlmək çalışmaları
görünür, amma hələlik bu yolda yetərincə uğurlu deyildilər. Bu əhvalat isə
təşkilatlaşma mərhələsinin dirçəlişindən danışır. Amma sual bu ki millətləşmə
mərhələsində yaxın gələcəyin İranda gözlənilən siyası dəyişikliklərinə hazırlıq
qazamışıq mı? ya meydanı yenidən pan-aryayi faşist qüvvələr nəfinə boşaldacağıq?
Təəsüflə çox xoşa gələn cavab gözlənilmir! Bu xoşa gələməyən perspektiv bizi
hərəkətimizin yeyinləşdirməsinə çağırır. Yəni bu mərhələdə milli oyanışın
prosesi güclü olmadığına baxmayaraq, milli təşkilat daha artıq aktivləşərək
meydanı doldurmalıdırlar. Amma bu yeyinləşdirmə əməliyatında millətimizin
potensiyalın unutmaq bizi artıq geriyə qayıtmaq təhlükəsilə rastlaşdırabilər. Bu
günlər yurd dışında başqa millətlərin təşkilatlarilə aparılan iş birliyi,
aktivləşmənin yaxşı bir örnəyi olabilər.
MİLLİ HƏRƏKƏTDƏ
BİRLİK
Yazılana görə "Öz müqəddəratın təyin
etmək haqqı" yaxud Farsca deyilən "Həqqe təyine sərneveşt" bir danılmaz haqq
olaraq çeşitli düşüncələrə malik olan millətçiləri bir araya gətirəbilər.Bu haq
nə istiqlal anlamındadır nə də federalismə qarşıdır.
Yəni Turk-Azərbaycan milləti özü partilər tərəfindən irəli sürülən yolların
birin seçməlidir. Sözsüz ki hər növ seçgidən qabaq xalqımızın seçiləcək
seçimləri (nədənlərin və sonucların) yaxşıca başa düşməlidir. Yuxarıdakı
düşüncə, "Türk-Azərbaycan mərkəzli düşüncəyə dayanaraq birlik platformun" özəyi
kimi sayılabilər. Bu birlik çeşitli partilərin üzvlərindən qurulan bir rəhbərlik
şurasilə kamilləşəcək. Demək bu mərhəldə acıl olaraq Azərbaycan partilərindən
(xüsusilə xaricdə olanlardan) gözlənilən şey bu şuranın qurulmağıdır!
MİLLİ HƏRƏKƏTİN
İÇƏRİ VƏ DIŞARI QOLLARI
Son zamanlar xaricdəki 13 millətlər
təşkilatı içində olan 6 Azərbaycan təşkilatilə bərabər "Öz müqəddəratına hakım
olmaq haqqı" əsasında birgə bir bəyaniyə verdilər. Bu bəyaniyə indiki əhəmiyətli
zamanda təşkilatlar, özəlliklə Azərbaycan təşkilatların birləşməsi üçün dəyərli
bir addım idi. Başqa tərəfdən isə Milli hərəkətin içəri qolları bu yeni qərarla
bərabər yürüyəbilmədikləri üçün mill hərəkətin dışarı qolundan gileylənirlər.
Məncə gərçı xaricdəki qolun bu təsmimi , içəridəki qolun işin zorladabilər, amma
içəridəki və xaricdəki qolların hələlik bir rəsmi əlaqəsı olmadığına göre bu
qərar tənqidçilərin söylədikləri kimi də təhlükəli deyil. Lakinn xaricdə
çalışan milli çalışqanlarımızdan dünya vəziyətindən başqa içəridəki durumu və
xalqın potensiyalın nəzərdə tutmaqları da rica olunur!
İSTİQLAL YA
FEDERALİSM
Bu zamanda istiqlal ya federalism sualına
cavab verməkdən artıq qüvvələrimizin birləşməsinə fikir verməliyik.
"Türk-Azərbaycan Mərkəzli düşüncə sistemi" əsasında Millətimizin "Öz
müqəddəratın təyin etmək haqqı"na inanmaq federalçı və istiqlalçını birləşdirən
bir faktor kimi sayılabilər. Həqiqi federalçılar , öz millətlərin tale'inə
üstünlük verərək , federal sistemin İran sevgisinə görə yox bəlkə Türk millətin
səadətinə görə istəyirlər!
AZƏRBAYCAN MİLLİ
HƏRƏKƏTİ VƏ BAŞQA MİLLİ QÜVVƏLƏR
Başqa millətlərin milli qüvvələri ili
riqabət bizim milli partilərimizin güclənməsinə səbəb olabilər. Xüsusilə Fars
(sərasəri adlanan) və Kürd partiləri bizimkilərdən daha güclü olmağı, bu
partilərdən geri qalmağımızın nəqədər riskli olmağın bizə xatırladır. Demək
başqa milli qüvvələrlə apardığımız iş birliyi üç baxımdan zərüridir: 1- Meydanda
olmayan qüvvələrə gələcək dəyişikliklərdə həzf olma ihtimali var 2-Bizim milli
təşkilatların dirçəlməsı və birləşməsinə səbəb olabilər 3- Başqa millətlərin
qüvvələrilə iş birliyi aparmaq Farsçı qüvvələrin yenilməsinə yol açabilər.
Üçüncü bəndə artıq izahat lazımdır: Azərbaycan təşkilatları və başqa millətlərin
qüvvələri , adı sərasərı olan amma əməldə Fars şovenismin mənfə'ətlərin müdafiə
edən partılərdən uzaq gəzməlidirlər. Bu qeyri-Fars millətlərin qüvvələri güclü
bir ittifaq qurub İranın siyası direksiyonun öz əllərinə almaqla , sərasəri
adlanan partiləri yalnız Fars millətin partısı olmağı etiraf etmək şərtilə öz
ittifaqlarına qatmaldırlar. Və hər növ sərasəri opozision ya təşkilat müxtəlif
millətlərin ittifaqilə qurulmalıdır. Yəni bu mərhələdə sərasəri quruplardan
müdafiə etmək ya acızcasına onlardan asılı olmaq millətlərin nəf'inə deyil.
Bizə sərasəri partilər yox, bəlkə milli partilətdən
müəyyən çərçivə əsasında təşkil tapılan ittifaq lazımdır.
MİLLİ HƏRƏKƏT VƏ
BAŞQA İÇTİMAYİ MƏSƏLƏLƏR
Sərasəri adlanan qüvvələrdən bağlı
olmamaq üçün və bu yalançı qüvvələri meydandan çıxartmaq üçün, bizim milli
hərəkət öz fəaliyətin təkcə dill və mədəniyət məsələsinə məhdud etməməlidir.
Qadın və uşaqlar məsələsi , Çevrə təmizliyi, ümumi demokratik və insan
hüquqları, iqtisadi məsələlər dill və mədəni həqlərlə bərabər bizim hərəkətin
proqramları olmalıdır. Bu məsələlərə önəm vermək sərasəri qüvvələri xəl'i silah
etməklə yanaşı millətimizin diqqətin isə bizim hərəkətə tərəf çəkəbilər.
İqtisadi məsələyə diqqət yetirmək yuxarıda saydığımız nəticələrə əlavə olaraq
başqa faydaları da var: 1- iqtisadi məsələlər ümum xalqa dill məsələsindən artiq
önəmlidir! 2- sərmayə sahiblərin bizim hərəkətə yönəlməsi bizim hərəkətin
güclənməsi anlamındadır. Bazar keçmiş hərəktlərimizdə bizim böyük gücümüz idi.
Indi də belə olmalıdır!
Azərbaycan Mərkəzli düşüncə sİstemİ yoxsa Türk düşüncə sİstemİ?
Azərbaycan mərkəzli düşüncə sistemi və Türk
düşüncə sisteminin bir mühüm ortaq yanı var, o da fars düşüncə sistemindən
qopmaqdır. Başqa tərəfdən isə bu iki sistemin birbirlərilə heç bir ziddiyəti
yoxdur. Azərbaycan mərkəzli düşüncə sistemi bir coğrafiyayi bölgənin adın
daşımaq səbəbindən , Azərbaycan dışında yaşayan başqa Türklərə verdiyi önəm
sorğu altına getməklə yanaşı bizə kimlik verən Türklük parametrindən isə
uzaqlaşabilər. Amma Azərbaycan mərkəzli düşüncə sistemində Türklər yaşadığı
bir-parça böyük bir bölğəni təmsil etməklə , daha bir güclu və bağımsiz bir
sistemi analdabilir. Özəlliklə tarix boyu Azərbaycan adilə və Azərbaycan
bölgəsində baş verən böyük azadlıq hərəkatı , Azərbaycan adına artıq bir güclü
siyasi anlam verərək, bizi Azərbaycan adın unutmamağa çağırır.
Bu yazıda bu iki sistemi barışıdırmaq amac ilə Türk-Azərbaycan
düşüncə sistemi istilahı işlənilir.
MİLLİ HƏRƏKƏT VƏ
BABƏK QURULTAYI
Babək qurultayına yaxınlaşırıq. Keçən illin
acı xatirəsi hələdə bizim damağımızdadır. Amma inanıram ki bu acı xatirə bizə
şirin bir təcrübə olub və bizim birləşməyimizdə müsbət rol oynayacaqdır.
Babək qalası törnəni yalnız Tir ayının ikinci həftəsində və yalnız bu qalada
keçirələcəkdir! Bu qurultaya əlavə olaraq başqa törənlər və toplantılar
başqa zamanlar və başqa yerlərdə faydalıdır amma Tirin ikinci həftəsində Babək
qalasına qatılmağımızı unutmayacağıq! Babək qalası qurultayı bizə çox estratejik
əhəmmiyəti var və bu törəni haqlarımız qazanandan sonra isə buraxmayacağıq. Bu
ildə yubanmadan daxili və xarici insan həqlərindən müdafiyə təşkilatların və
dünya müxbirlərin nəzərin yoğun şəkildə bu törənə cəlb etməliyik. Bu il Tehran
rejimi dünya qamu-oyu (əfkar-e-ümumi) tərəfindən ağır basqılar altında olmağı
bizə yaxşı bir fürsətdir!
MİLLİ HƏRƏKƏTDƏ
TƏNQİDLƏR
Son keçmiş neçə ayda, bizim tanınmış milli
hərəkətin çalışqanları arasında artıq atışmaya bənzəyən bir sıra intiqdalara
şahıd olduq. Yəni bu tənqidlər təəsüflə bəzən milli hərəkətimizi qoruyan
çərçivədən dışarıya çıxaraq bizləri qayğılandırır. Nə isə, həqiqi
millətçilərimizə bu atışmalarda yazışılan sözlərdən artiq, bu əhvalatdan dərs
almaq önəmli idi. Yəni aramızda üz verən bu acı tartışmaları , demokrasi təmrini
kimi sanaraq müsbət də qiymətləndirəbilərik. Öz
aramızda olan tənqidlərdə diqqət etməliyik ki:
1- tənqidlərimizdə şəxsdən artıq , onun
düşüncəsin tənqid etməliyik. 2- tənqid yazmaqda tələsməməliyik. 3- tənqıdlərdə
məsələyə aq-qara baxmamalıyıq, müsbət və mənfiləri bir yerdə görməliyik. 4-
Olduqca tənqidlərimiz xüsusi olmalıdır. 5- ümumi tənqidlərimizdə isə olduqca
Türkcə yazmalıylq.
MİLLİ HƏRƏKƏT VƏ
DİLL MƏSƏLƏSİ
Dil məsələsinə iki açıdan baxmaq olar:
Birmincisi yazıb oxumağımız nə dildə olmalıdır? İkimincisi Türkcə yazıb
oxumağımız nə sayaqda olmalıdır?
Yazıb oxumağımız nə dildə olmalıdır?
-
Milli hərəkətimizin özəl səviyədə olan
məsələləri Türkcə olmalıdır.
-
Müxatibimizin Türkcənı bilmədiyi haldan
başqa, Türkcə yazmalıyıq.
-
Özümüz və Oxucunu Türkcə yazıb oxumağa
adət verməliyik, gərçi bu iş bir dövlət zoru olmadan çox çətindir!
Nə sayaq yazmalıyıq?
Bu suala cavab vermək çox rahat deyil. Bu
günlər güney Azərbaycanda yazıçılarımız sayda yazma sayağı var! Hərənin bir imla
və inşası var. Hər yazarın bir sıra işlətdiyi sözcükləri var. Birisi ifadə etmək
istədiyi anlam üçüçn quzey Azərbaycanda işlənilən sözlərdən istifadə eləyir,
birisi Anadolu Türkcəsinə pənah gətirir, hətta bəzilər isə yeni lüğətlər
yaradırlar. Birsi sadə cümlələr ququr , birisi Türk özəlliyi olan mürəkkəb
cümlələr qurmağa çalışır. Bəzi zamanlar bir yazıdan sonra başqa yazı oxuyanda
sanki yeni bir dil oxumağa başlayıbsan , yeni yazı sayağın başa düşmək bir sürə
çəkir!
Yazarlarımız suçsuzdurlar. Onlar Türkcə
yazıb oxumağı oxullarda yox, öz çalışmalarilə öyrəniblər. Güneydə Azərbaycan
Türkcəsi gündəlik danışıqlardan dışarı çıxıb , elmi , siyasi , fəlsəfi sahələrə
yol açabilməyib. Quzey Azərbaycan da isə Türk dili yenicə dövlət səviyəsinə
qalxır və hələlik qüneylilərə çox güvənli bir qaynaq sayılabilməz. Nə iş
görməliyik? Belə önərmək olur:
Dilçilərimiz və təcrübəli yazarlarımız
bir araya gəlib və öz təşşəbüslərilə həmişə həsrətində olduğumuz bir Dil Qurumu
(Fərhəngistan-e-farsi yada Türkiyədə olan TDK kimi bir qurum) yartmalıdırlar.
Yəqin ki bu yolda Tehran dövlətinin yardımın gözləmək olmaz və əvvəldə bu dil
qurmu dövlətə bağlı olmayacaq. Bu dil qurumu quzey Azərbaycan və Türkiyədə ona
bənzər dil qurumalarla ilişgidən faydalanmalıdır. Bu dil qurumunda dilimizin
lüğət və qrammer baxımından quruluş və ədəbi sayağı bir standard və bir referens
kimi müəyyən olabilər. Gənc yazıçılarımız isə bu qurumun göstərdiyi yolu
izləyərək və onun verdikləri örnəkləri qullanaraq bu çaşbaşlıqdan
qurtulabilərlər. Dillimiz yaşadığımız yərdə rəsmi olandan sonra bu qurumun
fəalliyəti davam edib və dilimizin potensiallarına dayanaraq Azərbaycan və
Türkiyə Türkləri arasında anlaşılan bir dil yaratmaq da düşünüləbilər!
MİLLİ HƏRƏKƏT VƏ
TEHRAN SİYASİ ADAMLARLA GÖRÜŞMƏK
Son vaxtlar Türk və digər millətlər
fəallari Kerrübi ilə apardıqları görüş bir sıra tənqidlərə məruz qaldı.
Təəsüflə bu tənqidlərdə artıq məsələnin mənfi tərəfinə diqqət verməklə müsbət
cənbələr gözdən qaçmışdı. Bu tənqidlər məsələlərə aq-qara baxmağın bir
nümunəsi idi. Haqqlarımızı Fars şovenismindən almaq olmaz, ancaq Fars şovenismin
taxtdan yendirib , özümüz öz müqqədəratımızı təyin etməliyik. Bu əslə inanırıqsa
pəs nədən Kərrübi sən bizim haqqımızı verməlisən deyə onun qapısına getdik?
Cavab bu ki biz bir sıra üsulları özümüzə tabu qayrıb hər şeyə aq-qara
baxmamalıyıq. Fleksibel olaraq (=initaf ilə) siyasət üzrə inandığımız üsulları
izləməliyik. Üzümüz hədəfə doğru olmadığımız , hədəfə sarı getmədiyimiz
anlama gəlməz!
Amma məncə nə idi bu hərəkətin müsbət və
mənfi sonucları:
+ Bu görüş milli hərəkətin rəsmi siyasət
meydanına girməyə bir başlanqıc idi. Fars sisteminə təslim olmamalıyıq, amma
meydanda da özümüzü göstərməliyik. Gələcəyin ihtimali dəyişikliklərində meydanda
hüzuru olmayan qüvvələr tanınmayacaqlar!
+ Rəsmi və müxalif tribunlara yol
açmalıyıq. Bu yol açma təbii ki əvvəldə Tehranın yuxarı tirajla çap olan bir
gündəliyində başlanmayacaq, amma yol açandan sonra bu hərəkətin qabağın tutmaq
olmayacaq. Necə ki bir neçə vaxt bundan əvvəl şovenism internet saytları
tərəfindən baykut olan milli məsələ , indi az çox bir önəmli məsələ kimi bu
saytlarda yerin tapıbdır. Nəzərdə almalıyıq ki düşmənin mənfı təbliği də bizim
varlığımızın sübutudur!
+ Hakemiyətlə aparılan bu danışıqlar və
anlaşmalar az olsada bizim mədəni hərəkəti bir sıra sıxıntı lardan qurtarmağa
imkan yaradabilər.
+ Prezident adayları öz verdikləri vədələrə
əməl etmədikləri halda isə, bu görüşü bir fakt kimi ədalət masasına
çırpabilərik!
- Əgər Türk və digər Fars olmayan
millətlər prezident adayların və'dələrinə (əlbətdə bilirik ki yalançı və'dələr
olacaq) inanıb və seçgilərdə iştirak aparsalar , və'dələrin əməl olmadığı halda
depres olub siyasi səhnədən üzüləbilərlər. Yəni millətin ümid və enerjisin boş
yerə xərclənəcək. Baxmayaraq ki başqa tərəfdən Tehrandan üz döndərib
Türk-Azərbaycan mərkəzli düşencə sistəminə üz gətirmək isə bir müsbət nəticə
kimi mühtəməldir.
-İndi Azərbaycan milli hərəkət fəalların
çoxu Türk-Azərbaycan mərkəzli düşenməyi bizim millətə vacıb olduğuna inanırlar.
Bizim elimizin aq saqqallar və çalışqanları şovenistlərin qarşısında boyun
büküb, dil açmaqları bu düşüncənin tərsin təbliq etməkdir. Biz haqlarımızı
almaqda Farslardan asılı olmaq yerinə bir ağır vəznə (ağırlıq) kimi siyasi
müadilələrdə hazır olmalıyıq. Amma bilirik ki siyasi səhnədə bir güclü qüvvə
kimi rol oynamaq üçün qarşımızda addımıar var!
Bu müsbət və mənfi sonucları sayandan
sonra, sizcə biz bu görüşdə heç bir şey qazanmadıq?
Nə isə bunuda nəzərdə tutmalıyıq ki
Azərbaycan və Türkü saymayan bir şovenist şəxsin bizə sarı üz döndərib vədə
verməsi 26 il çeşitli hökümət mövqələrində fürsəti olandan, sonra bizə ehtiyaci
olmağındandır! Yəni biz vədələrin yalan olmağın bilməklə yanaşı, onların ehtiyac
duymaq fürsətində qaçırtmamalıyıq!
MİLLİ HƏRƏKƏT VƏ
PREZİDENT SEÇGİLƏRİ
Adaylardan heç biri aydıncasına milli
məsələ həllinə addım atacağın söz vermədiyi halda, Azərbaycan millətin
seçgilərdə səs verməyə qatılmağı yəqin ki səhv bir işdir.
Adaylardan bu qonuda vədələri olduğu halda isə seçgilərə
qatılmağımızın bir müsbət və bir mənfi nəticəsi var:
+ Millətimizin səsin dünyaya yetirərik
- İndiki şovenism hökümətə öz
səsimizlə dəstək verərik.
Məncə səs vermədə iştirak aparıb
aparmadığımızda və millətə yol göstərməkdə diqqətli olmalıyıq. Xüsusilə millət
arasında iki parçalıq salmaqdan uzaq gəzməliyik.
MİLLİ HƏRƏKƏT VƏ
QUZEY AZƏRBAYCAN
Quzey Azərbaycan Dövləti 130 illə yaxın
milli bir mübarizə və millətləşmə mərhələsindən keçmək nəticəsidir.
Quzey Azərbaycan Dövləti Azərbaycan və Azərbaycanlı adın dünyada tanıtdırıb və
təmsil edir. Bu dövlət Azərbaycan kimliyinin qorucusudur. Rus Çarizm və Soviet
tutaliter hökemətlərdən yenicə qurtulan quzey Azərbaycan xalqı, dövlətləşmə
mərhələsindən sonra indi demkorasiləşmə yolundadır və millət içində olan
potensial və dışarıda olan şərayit bu demokrası yolcuların yolun daha
açıqlayıbdır. Quzeyin getdiyi yol , güneylilərə yaxşı bir örnəkdir. Onları
izləyib dəstək verməliyik! Onların dəstəyin isə almalıyıq amma onların yolların
təhlükəyə salmadan! Bu zamanda Quzey Azərbaycan Dövlətinin varlığı , ondan
alabildiyimiz yardımdan daha dəyərlidir!
MİLLİ HƏRƏKƏT VƏ
YENİ DÜNYA NƏZMİ
Yeni dünya nəzmi biz üçün bir qurtarıcıdır
ya bizə təhmil olacaq bir şərayit mi? Bu suala cavab verməyi oxucaya buraxırıq.
Ancaq bu gələcək durumda neyləməliyik ki başımız börksüz qalmasın:
·
Xalqımızın
oyanış prosəsin olduqca yeyinlətməliyik. (Yeni TV lər, İnternet sitələri ,
cüzvələr, toplantılar və sayirə)
·
Siyasət
meydanında özümüzü bir ağır çəki daşı kimi göstərməsək, bizi gələcək oyunlarda
qatmayacaqlar. Səhnədən həzf olmamaq üçün yubanmadan oyuna girməliyik. Bu yolda
isə güclü təşkilatlar yaratmaqla yanaşı , təşkilatları birləşdirən birgə bir
platform lazımdır. Başqa millətlər təşkilatlar ilə apardığımız iş birliyi ilə
özümüzün ağırlığımızı göstərməliyik.
·
Bu işlərlə
bərabər səsimizi dünyaya ucaldıb dərdlərimizi və hərəkətimizi onlara
anlatmalıyıq. Bu işdə də yorumamalıyıq.
MİLLİ HƏRƏKƏT VƏ
KİV (=Kütləvi İnformasia Vasitələri)
TV lər, intenet saytları, dərgilər və
... üç önəmli görəvləri var:
-
Milli fəallar arasında bir
informasia vasitəsi kimi.
-
Milli fəalların səsin xalqımızı
oyatmaq üçün xalqımıza yetirmək.
-
Milli fəalların səsın dünyaya
çatdırmaq.
Məncə bizim KİV biriminci ğörəv öhdəsindən
yaxşı gəlib, amma ikinci və üçüncü görəvdə artıq çalışmalıdır. Bizim aramızda
mübadilə olan yazılar adətən kökdən milli məsələdən xəbərsız olan soydaşlarımızı
oyatmaq üçün uyğun deyil. Olsada bu yazıları xalqımız əlinə düzgün olaraq
çatabilmir. Başqa tərəfdən bizim KİVlər səsimizi dünyaya yetirmək üçün uyğun bir
səviyidə deyil.
Pəs bizim KİV lər necə olmalıdır :
1.Ara-sıra
çıxan dərgilər və ya gec-gec güncəlləşən (update) xırda internet sitələr yerinə,
əl ələ verərək bir nəçə kamil və hər gün düzənli olaraq yeniləşən internet
sitələr ya gündəlik qəzetlərimiz olmalıdır.
2.Ən
azı bir 24 saatlıq TV bizə lazımdır.
3.Dərgilər,
internet sitələrimiz, TV lərimiz Türk-Azərbycan məsələsi əsasında İran və dünya
məsələləri kimi başqa ümumi mövzulara da yer açmalıdırlar. İqtisadı , ictimayı ,
qadın və uşaq haqları, elektronik al-ver , əyləncə və .... kimi mövzular da
unutulmamalıdır. Yəni elə KİV lər yaratmalıyıq ki oxucu istədiklərin sərasəri
KİV lərdə yox Türk-Azərbaycan KİVlərində axtarıb tapabilsin.
4.Azərbaycan
xalqı bölgədə satirik janrında və karikatürdə öncül bir millət idi. Lakın
təəsüflə hələlik bu qonuda fəallaşmayıb. Təbrizdə və Azərbaycan şəhərlərində
güclü karikatüristlərimiz var. Onları tapıb və milli hərəktimizdə onların əsərlərindən
yararlanmalıyıq!
5.Dünyaya
səsimiz yetirmək üçün KİV lərimizdə ingiliscə və başqa dillərə yer verməliyik.
Milli hərəkətimizin inkişafı ümidilə
Yaşar Təbrizli
20 fərvərdin 84
|