
Laylalar
Laylay
beşiyim laylay,
Evim,
eşiyim laylay.
Sən
get şirin yuxuya,
Çəkim
keşiyin laylay.
Laylay
deyim boyunca
Baş
yastığa qoyunca
Pardaxlan,
qızıl gülüm
Bir
iyləyim doyunca.
Laylay
dedim yatasan,
Qızıl
gülə batasan.
Qızılgül
kölgəsində
şirin
yuxu tapasan.
Balama
can demişəm,
Ağlama
can demişəm.
Balam dil açan günə
Quzu
qurban demişəm.
Balam
laylay, a laylay,
Körpəm
laylay, a laylay.
Laylası
dərin bala,
Yuxusu
şirin bala,
Tanrıdan
əhdim budur
Toyunu
görüm, bala.
Bizim
yerlər qalın meşə,
Taxtında
otur həmişə,
Aranında
gül bitsin,
Yaylağında
bənövşə.
Balam
layla, a layla!
Gülüm
layla, a layla!
Laylay
dedim ucadan,
ünüm
çıxdı bacadan,
Səni
tanrı saxlasın,
Çicəkdən,qızılcadan.
Balam
layla, a layla!
Gülüm
layla, a layla!
Layla
dedim yatınca,
Gözlərəm
ay batınca,
Canım
zinhara gəldi,
Sən
hasilə çatınca.
Balam
layla, a layla!
Gülüm
layla, a layla!
Layla
beşiyim, layla,
Evim.eşiyim,
layla,
Sən
yat, yuxun algınan
Çəkim
keşiyin layla!
Balam
layla, a layla!
Gülüm
layla, a layla!
Layla
dedim yatasan,
Qızıl
gülə batasan
Qızıl
bağın olsun,
Kölgəsinda
yatasan.
Balam
layla, a layla!
Gülüm
layla, a layla!
Laylay
dedim yatasan,
Qızıl
gülə batasan.
Qızıl gülün içində
şirin
yuxu tapasan.
Balam
layla, a layla!
Gülüm
layla, a layla!
Laylay
dedim yatasan,
Qızıl
gülə batasan.
Gül yastığın içində
şirin
yuxu tapasan.
Laylay
dedim həmişə,
Karvan
gedər enişə.
Yastığında
gül bitsin,
Döşəyində
bənövşə.
Laylay
dedim gündə mən,
Kölgədə
sən, gündə mən.
Ildə
bir qurban olar,
Sənə
qurban gündə mən.
Laylay
əməyim bala,
Duzum
çörəyim bala.
Gözlərəm
böyüyəsən,
Görüm
köməyin bala.