|
د.ا.ک گئنه پارچالاناجاق، آتيلان آدديملار بئله دير!
د.ا.ک يارانارکن بير چوخلو فعالين گؤزو ياشارميشدي. او گوز ياشي
سئوينجدنيدي آما بو گون هامي حيرصدن آغلير!
يئني سدر سئچيليب، بو سدر قوزئيدندير، بو سدر دئولت ايشينده اولان
بير دئپوتاتدير، بو سدر سياسي بير پارتييانين باشخانيدير، بو سدرين
عايله عوضولري سورونلودورلار، بو سدر...
د.ا.ک نيظامنامه سينده دئييلير کي، سدر آنجاق گونئيدن سئچيلمه
ليدير. بونا ندنسه ايران حاکيمييتي باکي دئولتچيليگينه قارا ياخيب
ايتتيهام وورماسين دييه آدلانيبدير، عاغيلا باتان بير ايش.
د.ا.ک نيظامنامه سينده دئييب کي بو تشکيلات سياسي دئييل!
د.ا.ک نيظامنامه سينده بير چوخلو يوخ و هن وار، آنجاق اونلارا
اويان دييه بيريلري يوخدور!
دئمک، د.ا.ک ياخين گله جکده پارچالاناجاق و بونا اينديدن زمين
ياراتيلير!
ندن؟
بلکي د.ا.ک قاپيسي تاختالانسا داها فايدالي اولور؟
بلکي د.ا.ک آدينا اؤز منفتلرينه دوشوننلري آذربايجان ميللي
هرکاتيندان کيشله مک زاماني چاتيب؟
بلکي...
هه، ائله بو بلکيلره دوشونورکن عؤمور بيتر، د.ا.ک قالير سوراکي
نسيللره، گئنه داغيلير گئنه سدر ساواشي گئدير، گئنه آذربايجان
منافعي کناردا قالير، گئنه....
آلوئرلر، ساتيشلار، قاچيشلار، گئديشلر، بيتيشلر، يئييشلر هاميسي
شخصي اولوب يا باشقا يئردن امير آلير. بونون هاراسي آذربايجان
اوترو ياپيلير؟ وار مي گرچک آذربايجانچي فعال؟
اوتانج وئريجي حالدير، آذربايجان
۱۰۰
ايللردير ايشغال آلتيندادير آما بير شرفلي توپلوم يارانيبدا بو
اسارته سون قويا بيلمير. تئز تئز پارتي، جبهه ، اوجاق، بوجاق و...
يارانير آما ايش گؤرن تاپيلمير!
گلين هاميميز بير دفعه ليک بو قوناخباجي اويونونا سون قوياق. يا
واريق يا يوخ، اورتا سئچنک يوخدور.
وار اولانلار ايش گؤرر، دانيشماز، قولتوغا گؤره ساواشماز.
تبريزلي باي بک
۰۷/۰۳/۲۰۰۸
گلاسگو
DAK
genə parçalanacaq, atılan
addımlar belədir!
DAK yaranarkən bir
çoxlu fəalın
gözü yaşarmışdı. O güz yaşi sevincdənidi
ama bu gün hami hirsdən ağlır!
Yeni sədr
seçilib, bu sədr Quzeydəndir, bu sədr Devlət işində olan bir
depotatdır,
bu sədr
siyasi bir partiyanın
başxanıdır, bu sədrin
aiylə üzvləri sorunludurlar, bu sədr...
DAK nizamnaməsində
deiylir ki, sədr ancaq Güneydən seçilməlidir. Buna nədənsə
İran hakimiyəti
Bakı
devlətçiliginə
qara yaxıb
ittiham vurmasın diyə
adlanəbdır,
ağıla batan bir iş.
DAK nizamnaməsində
deiyib ki bu təşkilat siyasi dəiyil!
DAK nizamnaməsində
bir çoxlu yox və hən var, ancaq onlara oyan diyə biriləri
yoxdur!
Demək, DAK yaxın
gələcəkdə
parçalanacaq və buna indidən zəmin yaratılır!
Nədən?
Bəlki DAK qapısı
taxtalansa daha faydali olur?
Bəlki DAK adına
öz mənfətlərinə
düşünənləri Azərbaycan Milli Hərəkatından
kişələmək
zamani çatıb?
Bəlki...
Hə, elə bu
bəlkilərə duşunurkən ömür bitər, DAK qalır
soraki nəsillərə,
genə dağılır
genə sədr
savaşi gedir, genə Azərbaycan mənafei kənarda qalır,
genə....
Alverlər, satışlar,
qaçışlar, gedişlər,
bitişlər, yeiyşlər hamısı
şəxsi olub
ya başqa yerdən əmir alır.
Bunun harasi Azərbaycan
otrü yapılır?
Var mı gərçək
Azərbaycançi fəal?
Utanc verici haldır,
Azərbaycan
100 illərdir işğal altındadır ama bir şərəfli toplum yaranıbda
bu əsarətə
son qoya bilmir. Tez tez partiya, cəbhə, ocaq, bucaq və... yaranır
ama iş görən
tapılmır!
Gəlin hamımız
bir dəfəlik
bu qonaxbaci oyununa son qoyaq. Ya varıq
ya yox, orta seçənək
yoxdur.
Var
olanlar iş görər, danışmaz,
qoltuğa görə
savaşmaz.
07/03/2008
Təbrizli Baybək
Glasgow
|